Ağdaşın Ağzıbir kəndində növbəti səyyar tibbi müayinələr aparılıb
12.04.2025 10:46

Ağdaş Rayon Mərkəzi Xəstəxanasının həkim-mütəxəssisləri Ağzıbir kəndində səyyar tibbi müayinələr icra edib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, müayinələr müxtəlif ixtisaslardan olan həkimlərdən ibarət səyyar briqadalar tərəfindən həyata keçirilib.

 

Səyyar müayinələrə 10-u uşaq, 59 nəfəri isə 18 yaşdan yuxarı olmaqla, ümumilikdə 69 nəfər kənd sakini cəlb edilib. Müayinələr çərçivəsində sakinlərə ümumilikdə 99 adda tibbi xidmətlər göstərilib.

 

Qeyd edək ki, kəndlərdə keçirilən tibbi müayinələrin məqsədi rayon mərkəzindən kənarda məskunlaşmış əhaliyə göstərilən tibbi xidmətlərin əlçatanlığını, peyvənddən kənar qalmış uşaqların vaksinasiyasını, qeydiyyatsız hamilələrin aşkarlanmasını, hamilə və yenidoğulmuşların patronajını, əhalinin peyvənd haqqında maarifləndirilməsini, laborator, instrumental müayinələrin keçirilməsini təmin etməkdir.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub