Acıbadem Xəstəxanasının Ürək-Damar Klinikasının qurucusu Cem Alhan Naxçıvan Sağlamlıq Mərkəzində olub  
07.04.2025 15:26
Tanınmış ürək-damar cərrahı, Acıbadem Xəstəxanasının Ürək-Damar Klinikasının qurucusu prof. Cem Alhan Naxçıvan Muxtar Respublikasında səfərdə olub. Səfər çərçivəsində o, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Sağlamlıq Mərkəzini ziyarət edib, burada həyata keçirilən tibbi yeniliklərlə və infrastruktur imkanları ilə tanış olub.
 
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən xəbərə görə, tanışlıq zamanı xəstəxanada yeni yaradılan, müasir standartlara cavab verən palatalara, ən son tibbi avadanlıqlarla təchiz edilmiş əməliyyat otaqlarına və yeni istifadəyə verilən Onkoloji bölməyə baxış keçirilib. Naxçıvan Sağlamlıq Mərkəzinin direktoru Rəşadət Nabatov və kardiocərrah İlyas Məmmədyarov tərəfindən həyata keçirilən yeniliklər və tibbi xidmətlərin təşkili barədə qonağa ətraflı məlumat verilib.
 
Prof. Cem Alhan mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirib, burada qısa müddət ərzində dünya standartlarına cavab verən səhiyyə infrastrukturunun qurulmasını təqdirəlayiq hal kimi dəyərləndirib. O, gələcəkdə tibbi təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır