Suqovuşana köçürülən sakinləri Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin əməkdaşları müşayiət ediblər
06.04.2025 10:35

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin əməkdaşlarının müşayiəti ilə ölkənin müxtəlif bölgələrində — əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış 53 ailədən ibarət, ümumilikdə 174 nəfər Ağdərə rayonunun Suqovuşan kəndinə köçürülüb.

 

Bu barədə Aztibb.az-a Mərkəzdən xəbər verilib.

 

Bildirilib ki, köç prosesi zamanı vətəndaşların sağlamlıq vəziyyətinə nəzarət məqsədilə Təcili Tibbi Yardım briqadası da ərazidə xidmət aparıb. Tibbi yardımın vaxtında və operativ şəkildə göstərilməsi üçün briqada Suqovuşan kəndində fəaliyyət göstərib.

 

Köçürülmə zamanı bir nəfərə yerində ilkin tibbi xidmət göstərilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər