ATU-nun Elmi Araşdırmalar Mərkəzində seminar keçirilib
05.04.2025 15:56

ATU-nun Elmi Araşdırmalar Mərkəzində “Süd vəzi xərçəngində Estrogen Reseptor-a (ERa) ilə digər steroid reseptorları arasındakı qarşılıqlı əlaqənin rolu” mövzusunda seminar keçirilib.

 

Aztibb.az-a ATU-dan bildirilib ki, seminarı Elmi Araşdırmalar Mərkəzinin direktor müavini, dosent Elçin Əkbərov açaraq, son dövrlər gənclərimiz arasında elmə həvəs göstərənlərin çoxalmasını müsbət hal kimi dəyərləndirib və aparılan araşdırmaların əhəmiyyətini vurğulayıb. Bu nöqteyi-nəzərdən mövzunun aktuallığına diqqət çəkərək, təqdimat üçün sözü dövlət proqramı iştirakçısı, Birləşmiş Krallığın Esseks Universitetində PhD təhsili alan Aygün Azadovaya verib.

 

Araşdırmalarının əsas tezislərinə toxunan məruzəçi, Estrogen Reseptor-a (ERa) ilə digər steroid reseptorları arasındakı qarşılıqlı əlaqənin xəstələrin müalicəsində necə tətbiq edilməsindən danışıb. Eyni zamanda xromatin immunopresitasiya və sekvensləmə (ChİP sekvensləmə) analizinin nəticələrini, eləcə də araşdırmanın gələcək istiqamətlərini diqqətə çatdırıb.

 

Mərkəzin Morfologiya şöbəsinin müdiri, t.ü.f.d Fərid Müseyibov, Tibbi kimya şöbəsinin müdiri, professor Xudayar Həsənov və elmi işçi, t.ü.f.d Rəna Kərimova süd vəzi xərçəngi ilə əlaqəli digər problemlərin də araşdırılmasının vacibliyni söyləyərək, gənc tədqiqatçıya öz tövsiyələrini veriblər.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır