Zaqatala RMX-da ilk dəfə laporoskopik əməliyyat icra olunub  
04.04.2025 12:18
TƏBİB region xəstəxanalarında vətəndaşlara göstərilən tibbi xidmətlərin sayının və keyfiyyətinin artırılması, o cümlədən bu günədək yalnız paytaxtda icra olunun cərrahi əməliyyatların bölgə xəstəxanalarında da icra olunması istiqamətində yenilikləri davam etdirir.
 
Aztibb.az-a TƏBİB-dən verilən məlumata görə, Zaqatala Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə həyata keçirilən laporoskopik xolesistektomiya əməliyyatı uğurla başa çatıb.
 
64 yaşlı pasiyent üzərində həyata keçirilən laporoskopik xolesistektomiya (qapalı üsulla öd kisəsinin xaric edilməsi) əməliyyatından sonra şəxsin vəziyyəti qənaətbəxş hesab edilir. Onun müalicəsi stasionar şəraitdə müvafiq şöbədə davam etdirilir.
 
Qeyd edək ki, sözügedən əməliyyat icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində icra olunur.
 
Laporoskopik metodla aparılan əməliyyatlarda videokameranın köməyindən, nazik alətlərdən istifadə edilir və bu cür əməliyyatların üstünlüyü odur ki, ənənəvi cərrahi üsullardan fərqli olaraq daha kiçik ölçülü kəsiklər açılır, nəticədə pasiyentin reabilitasiya dövrü daha sürətli və asan olur. Optik cihazın kəsik yolu ilə əməliyyat sahəsinə daxil olması cərraha həmin nahiyəni monitorda rahatlıqla görməyə imkan verir. Laporoskopik əməliyyatlar daha az travmalı olduğundan ağırlaşma olmadıqda pasiyent növbəti gün evə yazılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır