Şirvan rayonundakı orta məktəblərdə İİV infeksiyası ilə bağlı maarifləndirmə tədbirləri keçirilib
03.04.2025 11:15
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü, Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin dəstəyi ilə Şirvan rayonundakı orta məktəblərin şagirdləri üçün “Sağlam gənclik – sağlam gələcək” adlı maarifləndirmə tədbirləri keçirilib.
 
RQMM-dan Aztibb.az-a verilən xəbərə görə, tədbirlərdə Şirvan şəhər 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseyin, 10, 12, 13, 16, 20, 21 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri iştirak ediblər. Məktəblilərə sağlam həyat tərzi təbliğ olunub, zərərli vərdişlərdən uzaq olmaları tövsiyyə edilib.
 
Tədbirlərdə çıxış edən RQMM-in mütəxəssisi Telman Məhərrəmov İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) haqqında ətraflı məlumat verib. Həkim gənclər arasında xəstəliyin yayılma təhlükəsini, virusdan qorunmağın yollarını xatırladıb, bu virusa yoluxmuş insanların immunitetinin kəskin zəifləməsi nəticəsində bir çox xəstəliklərə asanlıqla tutulduğunu diqqətə çatdırıb.
 
Şagirdlərə, həmçinin İİV infeksiyasının diaqnostikası, müalicəsi və profilaktikası haqqında da məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Şagirdlərə virus və xəstəliklə bağlı zəruri məlumatların əks olunduğu bukletlər, broşurlar paylanıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır