İmtahan prosesində tətbiq edilən yeniliklərə dair müzakirələr aparılıb  
04.04.2025 09:01

ATU-nun Tədris işlər üzrə prorektor, professor Nazim Pənahov, Tədris departamentin müdiri, dosent Kamandar Yaqubov və İnformasiya Texnologiyaları Departamentinin müdiri Rəmzi Əliyev İctimai səhiyyə, Stomatologiya və Əczaçılıq fakültələri üzrə imtahan suallarını tərtib edən ekspertlər ilə görüş keçiriblər.

 

Bu məlumat Aztibb.az-a ATU-dan verilib.

 

Prorektor Nazim Pənahov çıxış edərək bildirib ki, görüşdə müzakirə olunacaq çox aktual və mühüm məsələlərdən biri imtahan ekspertlərinin fəaliyyətinin qiymətləndirilməsi və onların fəaliyyətinə həvəsləndirici tədbirlərin tətbiq edilməsi ilə bağlıdır. Eyni zamanda ekspertlərin üzərinə düşən məsuliyyətin artırılması nəzərdə tutulur. Prorektor İmtahan mərkəzində keçirilən yeni islahatlar və struktur dəyişikliyi haqqında da ətraflı məlumat verib.

 

Tədris Departamentin müdiri, dosent Kamandar Yaqubov İctimai səhiyyə, Stomatologiya və Əczaçılıq fakültələrində keçirilən nəzəri və baçarıq imtahan formatları barədə danışıb. O, qeyd edib ki, kollokviumun təşkili prosesində mövcud olan qüsurlar ən tez zamanda aradan qaldırılmalıdır və bu istiqamətdə bir sıra işlər nəzərdə tutulub. Həmçinin, yay sessiyasından söz açan departamentin müdiri, ekspertlərdən öz işlərinə maksimum diqqətli və məsuliyyətli yanaşmağı xahiş edib.

 

İnformasiya Texnologiyaları Departamentin müdiri Rəmzi Əliyev imtahan prosesinin təşkilində baş verən dəyişiklik və nəzərdə tutulan islahatlarlar haqqında məlumat verərək tətbiq edilən yeniliklərin müsbət tərəflərindən danışıb.

 

Fakültə nümayəndələrinin iştirakı ilə baş tutan görüş imtahan məsələlərinə dair müzakirələrlə davam edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır