Region xəstəxanasında icra olunan daha bir mürəkkəb əməliyyat uğurla başa çatıb
02.04.2025 16:52
TƏBİB regionlarda ixtisaslaşdırılmış tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, xəstəxanaların ən son texnoloji avadanlıqlarla təchiz edilməsi və o cümlədən bir sıra cərrahi əməliyyatların icrası üçün lazımi şəraitin yaradılması istiqamətində tədbirləri davam etdirir.
Aztibb.az-a TƏBİB-dən bildirilib ki, Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində fəaliyyət göstərən Regional Travmatoloji Mərkəzdə ilk dəfə olaraq boş pəncə və varus deformasiyasının, Axil vətərinin tenoplastikası, qamış əzələsi ilə uzun incik əzələsinin vətərinin transpozisiyası ilə patologiyanın aradan qaldırılması əməliyyatı icra edilib.
İlk dəfə 14 yaşlı pasiyent üzərində icra olunan əməliyyat uğurla başa çatıb. Hazırda pasiyentin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Qeyd edək ki, Regional Travmatoloji Mərkəz Quba rayonu ilə yanaşı, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının əhalisinə travmatoloji xidmətlər göstərir, həmçinin müvafiq profil üzrə mürəkkəb klinik hallar zamanı regionun tibb müəssisələrinə konsultativ-diaqnostik yardım göstərilir.
Mərkəzin yaradılmasında məqsəd regionda yaşayan əhalinin müvafiq profil üzrə ixtisaslı tibbi xidmətə əlçatanlığının təmin edilməsindən ibarətdir.
İndiyədək yalnız paytaxtda yerləşən ixtisaslaşmış tibb müəssisələrində icrası mümkün olan bir sıra mürəkkəb travmatoloji əməliyyatlar sözügedən Mərkəzdə həyata keçirilir.
Xatırladaq ki, Regional Travmatoloji Mərkəz 2023-cü ildə Quba Rayon Mərkəzi Xəstəxanasının nəzdində yaradılıb.
Bu bölməyə aid digər xəbərlər
Doğuşdan sonra yaranmış aralıq deformasiyası və III dərəcəli rektosel diaqnozlu pasiyent üzərində uğurlu cərrahi əməliyyat
24.08.2026 | 11:48
Tədris Cərrahiyyə Klinikasında İcbari Tibbi Sığortanın dəstəyi ilə uroloji daş xəstəliklərinin müalicəsi uğurla həyata keçirilir
24.08.2026 | 08:47
Səhiyyə Nazirliyi: Samux rayonunda qarayara ilə bağlı epidemioloji vəziyyət stabildir
22.08.2026 | 15:34
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
20.08.2026 | 16:09
Hemofiliyanın müalicəsində tibb bacılarının rolu artırılır
20.08.2026 | 14:52
Tibbi mübahisələrdə həkimin məsuliyyəti necə qiymətləndirilir?
19.08.2026 | 14:42
Hərbi Prokurorluğun rəhbər şəxsləri DSX-nin hospitalını ziyarət ediblər
19.08.2026 | 12:45
Sosial media platformalarında paylaşılan məlumatlar gələcək analarda əsassız qorxuların formalaşmasına səbəb olur
18.08.2026 | 12:35
Miopiyanın müalicəsində cərrahi yanaşmalar: gözlərinizə yeni perspektiv
18.08.2026 | 10:31
Buludlu havada da günəş kremindən istifadə etmək lazımdır
17.08.2026 | 19:38
ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
17.08.2026 | 19:14
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
15.08.2026 | 09:15
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
15.08.2026 | 11:38
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
15.08.2026 | 14:09
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
15.08.2026 | 16:58
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
15.08.2026 | 13:35
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
18.08.2026 | 09:29
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
16.08.2026 | 09:39
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
16.08.2026 | 12:42
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
15.08.2026 | 12:52
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
19.08.2026 | 12:24
2026/2027-ci tədris ili üçün rezidenturaya qəbul olanların NƏZƏRİNƏ!
21.08.2026 | 08:20
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
20.08.2026 | 16:09
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
15.08.2026 | 09:34
DİM IV ixtisas qrupu üzrə plan yerlərini elan etdi - 3551 yer ödənişsizdir
18.08.2026 | 13:12

