“Autizm xəstəlik deyil, fərqlilikdir” adlı layihə uğurla icra olunub
02.04.2025 12:10

TƏBİB-in təşkilatçılığı, “PAŞA Sığorta”nın, “Birgə və Sağlam” İctimai Birliyinin, Autizm Mərkəzinin və “Artlife Rəsm Qalereyası”nın dəstəyi ilə “Autizm xəstəlik deyil, fərqlilikdir” adlı layihə uğurla icra olunub.

 

Bu barədə Aztibb.az-a TƏBİB-dən məlumat verilib.

 

Bildirilib ki, layihənin məqsədi autizmli şəxslərin cəmiyyətə inteqrasiyasına yardım etmək və inklüziv düşüncə tərzini aşılamaqdır.

 

Korporativ sosial məsuliyyət layihəsi çərçivəsində “Birgə və Sağlam” İctimai Birliyinin mərkəzində təhsil alan uşaqlar öz xəyal dünyalarındakı rənglərlə "Mənim rəngli dünyam" konseptli rəsmlər çəkiblər. Onların çəkdiyi rəsmlərin Respublika Pediatriya Mərkəzində daimi sərgilənməsi nəzərdə tutulub.

 

Tədbir Azərbaycanda ilk inklüziv kafe olaraq neyromüxtəlifliyi olan gənclərin cəmiyyətə inteqrasiyasını dəstəkləyən “Kashalata Cafe”də baş tutub.

 

Qeyd edək ki, autizmin ağır, orta və yüngül dərəcələri var. Bu spektr müxtəlif səbəblərlə bağlı olaraq uşaqlığın ilk üç ili ərzində ünsiyyət, göz kontaktının, sosial bacarığın olmamasının nəticəsi kimi özünü göstərən məhdud maraq və təkrarlayıcı hərəkətlərlə ortaya çıxan kompleks inkişaf pozuntusudur.

 

Aparılmış tədqiqatlara əsasən dünya əhalisinin təxminən 1%-i, yəni 70 milyona yaxın insan autizmlidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır