"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı
02.04.2025 09:38
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında bu dəfə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yeni təyin olunmuş lor cərrahı İbrahimov Sərxan Sakit oğlunu sizə təqdim edirik.
 
Sərxan İbrahimov 1991-ci ildə Şəmkir rayonunda anadan olub. 2008-2014-cü illərdə Azərbaycan Tibb Universitetində Hərbi tibb fakültəsində təhsil alıb.
 
O, 2014-2017-ci illərdə Müdafiə Nazirliyində, 2018-2020-ci illərdə Şəmkir Rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim kimi çalışıb.
 
2020-2024-cü illərdə Əziz Əliyev adına Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda Otorinolarinqologiya ixtisası üzrə rezidentura təhsili alıb.
 
2023-cü ildə 3 ay Türkiyə Cümhuriyyətinin Bursa şəhərində Uludağ Universiteti Xəstəxanasında ixtisasartırma kursu keçib.
 
Dəfələrlə Bakı və Antalya şəhərlərində müxtəlif konfrans və seminarlarda iştirak edib.
 
Cari ilin fevral ayından Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində lor cərrahı kimi fəaliyyət göstərir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır