Elektron siqaret istifadəsi "Popkorn" xəstəliyinə səbəb olur
01.04.2025 22:09

Veyp istifadə edən yeniyetmələr arasında son dövrlərdə “Popkorn" xəstəliyinin yayılması ciddi narahatlıq yaradır. Veypin insan sağlamlığı üçün bir digər təhlükəsi isə tərkibindəki "diasetil" adlı kimyəvi maddə səbəbindən yaranan popkorn xəstəliyidir.

 

Aztibb.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinadla bildirir ki, bu xəstəlik veyp istifadə edən yeniyetmələr arasında tənəffüs sistemi ilə bağlı sağlamlıq problemlərinə yol açır. Xəstəliyin adı isə çox maraqlıdır – "popkorn". Bəs niyə popkorn? Çünki bu xəstəliyin təsiri ilə ağciyərlərdən gələn səs popkorn xırıltısını xatırladır.

 

Diasetil maddəsi qida sənayesində aromatizator kimi istifadə edilir və təhlükəsiz sayılır. Lakin veyp mayelərinə əlavə olunaraq inhalyasiya edildikdə, yəni nəfəsə çəkildikdə tənəffüs yollarına ciddi zərər vurur.

 

Popkorn xəstəliyi özünü əvvəlcə adi bir respirator infeksiya kimi göstərir. Quru öskürək, nəfəs darlığı, döş qəfəsində ağrılar, halsızlıq və bəzən yüksək temperatur ilə müşahidə olunur. Lakin zamanla vəziyyət pisləşir, ağciyərlərdə geriyə dönməz dəyişikliklər baş verir.

 

39 ölkə veyp istifadəsini tamamilə qadağan edib, 82 ölkə isə yalnız ciddi tənzimləmələr əsasında satışına icazə verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır