İsmayıllıda Modul tipli xəstəxanada geniş təmizlik işləri aparılıb
29.03.2025 15:17

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının direktoru Vidadi Rəhimovun təşəbbüsü ilə yeni təyinatını gözləyən Modul tipli xəstəxanada geniş əhatəli təmizlik işləri aparılıb.

 

Bu barədə Aztibb.az-a Xəstəxanadan xəbər verilib.

 

2020-ci ildə COVID-19 pandemiyasının geniş vüsət aldığı bir dövrdə möhtərəm cənab Prezident İlham Əliyevin sərəncamı ilə respublikanın bir çox bölgələrində, o cümlədən İsmayıllı rayonunda çarpayı fondunun artırılması məqsədilə Modul tipli xəstəxanalar yaradılıb. İsmayıllı şəhərində cənab Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Modul tipli xəstəxanada 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı yaralanan əsgər və zabitlərin, o cümlədən 2020-2021-ci illərdə zona üzrə COVİD-19 pandemiyasından əziyyət çəkən ağır pnevmaniyalı xəstələrin intensiv müalicəsi təşkil olunub.

 

Uzun müddətdir istifadəsiz qalan 3 korpus, 4 yardımçı tikilidən ibarət Modul tipli xəstəxanada korpusdaxili və palatadaxili təmizlik işləri görülüb, həyatyanı sahə alaq otlarından təmizlənib, abadlıq işləri aparılıb.

 

İməcilik işlərində Dəstək xidmətləri söbəsinin təşkilatçılığı ilə xəstəxananın bütün şöbələrinin kiçik tibb işçiləri və Təsərrüfat bölməsinin əməkdaşları iştirak edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır