Şəkərin kəskin düşməsi zamanı İLK YARDIM
28.03.2025 13:58

Qlükoza orqanizmin əsas enerjı mənbəyidir. Qlükozanın çatışmazlığı zamanı "hipoqlikemiya" inkişaf edir. Şəkərli diabet xəstələrində hipoqlikemiya daha ağır keçir və çox ağır pozulmalarla hətta ölümlə nəticələnə bilər.

 

Bu barədə Aztibb.az-a Xətai Tibb Mərkəzinin terapevti, uzman doktor Çinarə Səfərova məlumat verib.

 

Həkim bildirib ki, şəkərli diabet xəstəsi hipoqlikemiya zamanı bu kimi simptomları hiss edir:
- kəskin aclıq
- halsızlıq və yorğunluq
- titrəmə
- soyuq tər
- ürəkdöyünməsinin tezləşməsi
- patoloji qorxu
- görmənin pozulması
- dil və dodaqların keyiməsi.

 

Onun sözlərinə görə, koma çox tez inkişaf edə bilər.
Hipoqlikemik koma tək şəkərli diabet zamanı deyil, insulinoma (insulin ifraz edən toxumasının şiş xəstəliyi) zamanı da baş verə bilər. İnsulinoma zamanı koma qəfildən baş verir:


"Hipoqlikemiyanın ilk simptomlarında xəstəyə dərhal 2 tikə şəkər, 1 qaşıq bal və ya şirin mürəbbə, peçenye vermək lazımdır. Daha sonra xəstəyə sıyıq və ya 1 tikə çörək, şirin meyvə vermək olar. Xəstə huşunu itirirsə, onun dilinin altına 1 tikə şəkər qoyun, xəstəni böyürü üstə uzandırın (xəstədə qusma inkişaf edə bilər).
Adətən 5-10 dəqiqə ərzində xəstənin vəziyyəti düzəlməlidir".

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır