Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında Ramazan bayramı münasibətilə tədbir keçirilib
28.03.2025 12:22

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında Ramazan bayramı münasibətilə tədbir təşkil olunub.

 

Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.

 

Tədbiri giriş sözü ilə açan Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsini müvəqqəti icra edən direktorun müavini – baş həkim Arif Hüseynov Ramazan ayının İslam dinindəki önəmi haqqında danışıb. O, bu ayın bəşəri dəyərlərin, mərhəmətin, səbrin və paylaşmanın rəmzi olduğunu vurğulayıb. Həmçinin, Ramazanın insanların ruhən və mənən saflaşmasına, mənəvi dəyərlərinin möhkəmlənməsinə xidmət etdiyini qeyd edərək, xəstəxana əməkdaşlarını bayram münasibətilə səmimi qəlbdən təbrik edib, onlara sağlamlıq, ruzi-bərəkət və işlərində uğurlar arzulayıb.

 

Xəstəxana əməkdaşları da çıxış edərək Ramazan bayramının cəmiyyətimiz üçün önəmini qeyd ediblər. Onlar kollektivin birliyini və həmrəyliyini yüksək qiymətləndirərək, hər kəsə sağlam və firavan həyat arzulayıblar.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır