Yeni geyilə bilən cihaz insan toxunuşunu simulyasiya edir
28.03.2025 10:08

Şimal-Qərb Universitetinin mühəndisləri insan toxunuşunun mürəkkəbliyini təqlid edə bilən cihaz hazırlayıblar. 

 

Aztibb.az news.northwestern.edu-ya istinadla xəbər verir ki, həmin cihazı həm də geyinmək mümkündür.

 

“Science” jurnalında dərc olunan araşdırmaya görə, bu cihaz titrəmə, təzyiq, dartılma və bükülmə kimi müxtəlif toxunma hisslərini simulyasiya edə bilir. Cihaz yüngül, simsiz və kiçik ölçülüdür. O, blutuz vasitəsilə smartfonlara və virtual reallıq sistemlərinə qoşula bilər. İstifadəçilərə real toxunma hissi yaşatmaq üçün cihazı sürətli və ya yavaş işləyə, toxunma hisslərini birləşdirə bilər.

 

Tədqiqatçılar bu texnologiyanın virtual reallıq təcrübələrini inkişaf etdirəcəyini, görmə qüsuru olan insanlara naviqasiya köməyi göstərə biləcəyini və onlayn alış-veriş zamanı müxtəlif materialların teksturasını hiss etməyə imkan verəcəyini bildirirlər. Eyni zamanda, bu cihaz eşitmə məhdudiyyəti olan şəxslərin musiqini “hiss etməsinə” də kömək edə bilər.

  

Həmin texnologiya rəqəmsal və fiziki dünya arasındakı boşluğu aradan qaldırmağa və daha real toxunma təcrübəsi yaratmağa imkan verəcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır