Xaçmazda tibbi aksiya: 300 nəfər müayinə olunub
26.03.2025 16:59

Səhiyyə Nazirliyi və “PAŞA Holding”in birgə təşkilatçılığı ilə “Erkən müayinə can qurtarır” adlı növbəti aksiya Xaçmaz rayonunda reallaşıb.

 

Nazirlikdən Aztibb.az-a bildirilib ki, diabet xəstəliyinin erkən müayinəsi üçün təşkil olunan aksiyada Xaçmaz və ətraf rayonlardan olan 300 nəfər müayinə olunub.

 

Aksiyanın məqsədi diabet xəstəliyinin erkən mərhələlərində diaqnostikasını aparmaq, xəstəliyin qarşısını almaq və yerli əhali arasında sağlam həyat tərzi barədə maarifləndirməni gücləndirməkdir.

 

Tibbi aksiya zamanı sakinlər arasında erkən müayinənin əhəmiyyəti haqqında maarifləndirici söhbətlər aparılıb. Onlara diabetin erkən mərhələlərdə aşkar olunmasının vacib olduğu izah edilib. Sakinlərin diqqətinə çatdırılıb ki, erkən müayinə diabetin həm fiziki, həm də sosial təsirlərini azaltmağa kömək edir. Diabetin nəzarət altında saxlanması ilə xəstələr gündəlik həyatlarında daha aktiv və sağlam ola bilərlər.

 

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub