Səhiyyə işçiləri arasında “Sağlamlığa Doğru Qaç!” adlı layihəyə start verilib
24.03.2025 13:02

Hacıqabul rayonunda səhiyyə işçiləri arasında “Sağlamlığa Doğru Qaç!” adlı layihəyə keçirilib.

 

Aztibb.az-ın xəbərinə görə, layihə Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

 

Tədbirin təşkilatçıları və dəvət olunan qonaqlar əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Tədbirdə Azərbaycan Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi anılıb.

 

Daha sonra Hacıqabul RİH başçısı Sevindik Hətəmov və Azərbaycan Səhiyyə İşçilər Həmkarlar İttifaqı Respublika Komitəsinin (ASİHİRK) sədri Elnara Muradova çıxış edərək əhalinin sağlamlığının yaxşılaşdırılması istiqamətində son illər ölkəmizdə görülən işlərdən, qəbul edilən qanunlardan və Dövlət Proqramlarından söz açaraq, tədbirin böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.

 

İlk yarışa Hacıqabul rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı (SİHİ) şura üzvləri ilə bərabər Salyan, Şirvan, Neftçala, Saatlı, Sabirabad və Kürdəmir rayon həmkar üzvləri olmaqla 230 nəfərə yaxın iştirakçı qatılıb.

 

Növbəti mərhələ yarışları Ağcabədi, Mingəçevir, Lənkəran, Gəncə, Qusar, Şamaxı rayonları, Naxçıvan, Bakı şəhərlərində keçiriləcək.

 

I, II, III yerlərin qalibləri mükafatlandırılaraq Xankəndi şəhərində-final yarışına qatılmaq imkanı əldə ediblər.

 

Sonda tədbirə qatılan yarışmaçılara medallar və müxtəlif xatirə hədiyyələri verilib.

 

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır