25 yaşlı şəxsin doğuş prosesi avtomobildə gerçəkləşdirilib
24.03.2025 10:58

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Şəmkir rayonu ərazisindən 18.03.2025-ci il tarixində saat 05:00 radələrində çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

 

Bu məlumat Aztibb.az-a Mərkəzdən verilib.

 

Gədəbəy sakini, 39 həftəlik hamilə olan qadın Şəmkirə çatmaq üzrə olarkən vəziyyəti pisləşib və təcili yardıma müraciət edib. Həyatla ölüm arasında keçən dəqiqələrdə təcili yardım briqadası maşında körpənin doğuş prosesini həyata keçirib. Daha sonra isə briqada tərəfindən doğuş prosesi təcili tibbi yardım avtomobilində nəzarətə götürülüb.

 

Tibbi heyət tərəfindən zahı qadın və yenidoğulmuş uşaq (oğlan) müvafiq tibb müəssisəsinə təxliyə olunub.

 

Xəstəxanada anaya və körpəsinə zəruri tibbi xidmətlər göstərilib.

 

Ana və çəkisi 4 kq. 100 qr., boyu 52 sm. olan körpənin (oğlan cinsli) müalicələri tibb müəssisəsində davam etdirildikdən sonra evə buraxılıblar.

 

Vətəndaşın ailə üzvləri tərəfindən təcili tibbi yardım heyətinə göstərdikləri tibbi xidmətə görə təşəkkür olunub.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır