Qərbi Avropada məlum olan ən qədim insan üzünün fraqmenti tapılıb
22.03.2025 10:57

Qərbi Avropada məlum olan ən qədim insan üzünün fraqmenti tapılıb. Sözügedən tapıntı bölgədə erkən Pleystosen dövründə iki fərqli insan növünün yaşadığını təsdiqləyir.

 

Aztibb.az euronews.com-a istinadla bildirir ki, tədqiqatın nəticələri “Nature” jurnalında dərc edilib.

 

Üz fraqmenti 2022-ci ildə İspaniyada yerləşən arxeoloji qazıntı sahəsindən aşkar edilib. Təxminən iki il ərzində aparılan ətraflı analizlər nəticəsində müəyyən edilib ki, bu üz fraqmenti yetkin bir insana məxsus olub və üzün sol hissəsini təşkil edir. Tapıntıya tədqiqatçılar tərəfindən çəhrayı (“pink”) adı verilib.

 

Rekonstruksiya və təsnifat prosesində ənənəvi konservasiya üsulları ilə yanaşı, qabaqcıl 3D təsvir və analiz texnologiyalarından istifadə edilib. Kəşf edilən üz fraqmenti ilə yanaşı, qazıntı sahəsində daş alətlər və kəsilmiş heyvan qalıqları da tapılıb. Bu tapıntılar həmin dövrdə yaşamış erkən avropalıların mövcud heyvan ehtiyatlarını yaxşı tanıdıqlarını və onlardan sistemli şəkildə istifadə etdiklərini göstərir.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır