Maarifləndirici tədbir: “Turşu-qələvi metabolizma pozuntuları və qan qazı yorumlaması”
22.03.2025 12:10

Sabunçu Tibb Mərkəzinin uzman-terapevti, həkim Gülnarə Rəhmanlının təqdimatında “Turşu-qələvi metabolizma pozuntuları və qan qazı yorumlaması” mövzusunda elmi-praktik seminar baş tutub.

 

Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə metabolik balansın pozulmasının patofizioloji mexanizmləri, klinik əhəmiyyəti və laborator diaqnostika metodları müzakirə edilib.

 

Seminar zamanı iştirakçılara qan qazlarının təhlili, onların klinik dəyərləndirilməsi və müalicə yanaşmaları barədə ətraflı məlumat verilib. Həkim Gülnarə Rəhmanlı bu mövzunun intensiv terapiya, nefrologiya və digər ixtisaslar üçün əhəmiyyətini vurğulayıb.

 

Tədbir, həkimlərin və tibbi personalın biliklərinin artırılması və klinik təcrübədə müasir diaqnostik yanaşmaların tətbiqinə töhfə vermək məqsədilə təşkil edilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır