ATU-da "Qrantların yazılışı: təklifdən uğuradək" mövzusunda seminar keçirilib
23.03.2025 12:03

Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Tədqiqatların İdarəolunması Departamenti və Elmi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Qrantların yazılışı: təklifdən uğuradək” mövzusunda seminar keçirilib.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, tədbirdə qrant layihələrinin yazılması, təqdim edilməsi və beynəlxalq elmi qrant müsabiqələrində iştirak qaydalarına dair məlumatlar səsləndirilib. 

 

Seminarda ATU-nun Sitologiya, Embriologiya və Histologiya kafedrasının müdiri, professor Eldar Qasımov çıxış edərək, uğurlu layihə yazılışı və ekspert qiymətləndirməsinin əsas meyarlarını izah edib.

 

Elmi Araşdırmalar Mərkəzinin Elektron Mikroskopiya Şöbəsinin müdiri, dosent Fuad Rzayev isə qrant layihələrinin hazırlanma mərhələləri haqqında ətraflı məlumat verib. 

 

Seminar çərçivəsində Cəmilə Hümbətova “Azərbaycan-Belarus Beynəlxalq Qrant Müsabiqəsi: əməkdaşlıq və müraciət qaydaları” mövzusunda təqdimatla çıxış edib. 

 

Tədbirdə gənc alimlər və tədqiqatçılar üçün qrant imkanları, layihələrin uğur qazanmasına təsir edən vacib strategiyalar ətrafında geniş fikir mübadiləsi aparılıb.l, seminar iştirakçılarının çoxsaylı sualları cavablandırılıb. 

 

Qeyd olunub ki, elmi araşdırmalar və innovativ layihələrə dəstək məqsədilə bu mövzuda seminarlar davam etdiriləcək.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır