ATU-nun II Müalicə-profilaktika fakültəsində TEC-a üzv olmaq üçün seçim mərhələsi keçirilib
21.03.2025 10:55

Azərbaycan Tibb Universitetinin (ATU) II Müalicə-profilaktika fakültəsinin Ailə təbabəti kafedrasında Tələbə Elmi Cəmiyyətinə üzv olan tələbələrin kafedradaxili seçim mərhələsi keçirilib.

 

Bu barədə Aztibb.az-a ATU-dan məlumat verilib.

 

Seminarda professor-müəllim heyəti və kafedrada tədris alan azərbaycan, rus və ingilis bölmələrindən olan III, IV, V və VI kurs tələbələri iştirak ediblər. Kafedradaxili seçim mərhələsində müvafiq kurslardan olan 18 tələbə tədris proqramına uyğun olan mövzularla çıxış ediblər. Seçim mərhələsində tələbələrin çıxışlarına kafedranın müəllim heyəti tərəfindən bir sıra kriteriyalar üzrə qiymət verilib.

 

Yekun olaraq, 6 tələbə kafedradaxili seçim mərhələsindən uğurla keçərək, fakültə Tələbə Elmi Cəmiyyətinə üzv olmaq hüququnu qazanıb.

 

Sonda heyət tərəfindən seçilmiş ən yaxşı çıxışlar kafedra müdiri, əməkdar elm xadimi, tibb elmlər doktoru, professor İbrahim İsayev tərəfindən hədiyyələrlə təltif olundu.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır