Salyan RMX-nın əməkdaşlarına bayram sovqatı paylanılıb
19.03.2025 16:22
Salyan Rayon Mərkəzi Xəstəxanasında Novruz bayramı münasibətilə tədbir keçirilib.
 
Aztibb.az-ın xəbərinə görə, yazın gəlişi, torpaqla birgə insan ruhunun da oyanışını bayram etdiyimiz Novruzu xəstəxana işçiləri bu dəfə fərqli qarşılayıblar.
 
Bahar qızı sağlamlıq diləkləri yazılmış xüsusi açıqcalarla vətəndaşların bayramını təbrik edib, onlara sağlam, gümrah olmalarını arzulayıb. Bayram xonçasındakı şirnilərlə, rəngbərəng şarlarla balacaları sevindirib. Stasionar müalicə alan balacalar Bahar qızının gəlişindən çox seviniblər.
 
Rayon səhiyyə İşçiləri həmkarlar təşkilatının dəstəyi ilə xəstəxananın 200-dən çox azyaşlı övladı olan əməkdaşlarına bayram sovqatı paylanılıb.
 
Bayram tonqalı ətrafına toplaşan rayonun səhiyyə işçilərini Novruz bayramı münasibətilə xəstəxananın direktoru Şirinxanım Səmədova təbrik edib. Yurdumuza əmin-amanlıq, firavanlıq, bol ruzi-bərəkət, sağlam həyat arzu edib.
 
Novruzun əsas personajları olan Kosa və Keçəl məzəli söhbətləri ilə bayram tədbirini daha da rövnəqləndiriblər. Yumurta döyüşdürüb, rəqs edərək səhiyyə işçilərinə xoş ovqat bəxş ediblər.
 
Şöbələrin əl işlərindən ibarət xonçalar sərgilənib. “Ən gözəl bayram xonçası” müsabiqəsinin qalibləri də mükafatlandırılıb. Birliyin, həmrəyliyin təcəssümü olan Yallı ilə tonqal ətrafında halay çəkilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır