Qusar RMX-da pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddia edilir  
19.03.2025 09:23
Qusar Rayon Mərkəzi Xəstəxanasında pasiyentlərə vaxtı keçmiş dərmanların verildiyi iddia edilir.
 
Aztibb.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun “Şimal xəbərləri”nin baş redaktoru Müqəddəs Mehdiyev paylaşım edib.
 
Paylaşımda qeyd olunub ki, xəstəxananın Aptek bölməsinin əməkdaşı İ.Hacıyeva (onun həm də xəstəxana direktorunun həyat yoldaşı olduğu bildirilir) tibb işçilərinə vatsap nömrəsi vasitəsilə vaxtı keçmiş dərmanların xəstələrə verilməsinə dair tapşırıq verib.
 
M.Mehdiyev həkimlərin qrupundakı yazışmaları da paylaşıb və iddiaların reallığa söykəndiyini bildirib.
 
Qeyd edilib ki, yazışmanın kənara çıxmasından sonra İ.Hacıyevanın göstərişi ilə votsap qrupu bağlanıb: “Bəzi məlumatlara görə, Qusar Rayon Mərkəzi Xəstəxanasında ötən il 23 nəfər dünyasını dəyişib. Deyilənə görə, bu, rekord göstəricidir. Hazırda Qusar Rayon Prokurorluğunda xəstəxanadan edilən bəzi müraciətlər əsasında araşdırmalar aparılır. Ümid edirik ki, bu vatsap yazışması da ciddi şəkildə yoxlanılacaq və həqiqət üzə çıxacaq”.
 
Hazırda Qusar Rayon Prokurorluğunda qeyd edilən məsələ ilə yanaşı, xəstəxana barəsindəki bir neçə digər vətəndaş şikayəti də araşdırılır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır