"Yerlərdə səhiyyənin idarəolunması və struktura nəzarət” adlı təlimlər yekunlaşıb
19.03.2025 11:11
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin rəhbərləri üçün təşkil olunan “Yerlərdə səhiyyənin idarəolunması və struktura nəzarət” adlı təlimlər yekunlaşıb.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, tabeli tibb müəssisələrinin baş həkimlərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi və nəzəri biliklərinin artırılması məqsədilə təşkil olunan təlimlərə mərhələli şəkildə bütün müəssisə rəhbərləri cəlb edilib.
 
BBSM-in mütəxəssisləri tərəfindən keçirilən təlimlər ilkin səhiyyə xidmətinin idarəedilməsi ilə bağlı müxtəlif mövzuları əhatə edib. Belə ki, təlimlərdə səhiyyənin, sosial gigiyenanın və səhiyyə idarəetmə sisteminin təşkilinin nəzəri əsasları, dövlət proqramlarının icrasında poliklinikaların rolu, həmçinin ixtisaslaşdırılmış tibbi yardımın növləri, sanitar-epidemoloji xidmətin nəzəri və təşkilatı əsasları, sanitariya maarifi, əhalinin gigiyenik tərbiyəsi, əks epidemiya tədbirləri, kliniki protokolların ilkin səhiyyə xidmətində tətbiqi və s. kimi mühüm mövzular əhatə olunub.
 
Təlimlərdə, həmçinin əmək qanunvericiliyinin əsasları, əməyin təşkili və idarəolunması, tibb müəssisələrində kargüzarlığın aparılması qaydaları, müəssisələrdə əmək qabiliyyətinin ekspertizasının təşkili, xəstələrin sosial və tibbi reabilitasiyası, yerlərdə sığorta işinin təşkili, tibbi göndərişlər və arayışların verilməsi, əhalinin sağlamlığının statistikası, onu xarakterizə edən meyar və göstəricilər, tibb müəssisələrində istifadə olunan tibbi qeydiyyat kitabları, statistik hesabat formaları, əməyin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydaları kimi mühüm məsələlərə aydınlıq gətirilib. Müəssisə rəhbərlərinə, o cümlədən, səhiyyə sisteminin fəaliyyətini tənzimləyən qanunvericiliyin əsasları, tibb müəssisələrinin fəaliyyət istiqamətlərini müəyyən edən əsas normativ hüquqi aktlar, dövlət orqanlarının tibb müəssisələrinin fəaliyyətinə dair aidiyyatı qərar, sərəncam, əmrləri haqda ətraflı məlumat verilib, dövlət əmlakının qorunması, saxlanması, uçotu, inventarizasiya aparılması qaydaları, əmək münasibətlərinin tənzimlənməsi, işçilərin işə qəbulu və azad edilməsi zamanı icraya nəzarət qaydaları izah olunub.
 
Təlimlər diskussiya şəklində keçirilib, iştirakçıları maraqlandıran bütün suallar cavablandırılıb.
 
Təlimlərin sonunda tibb müəssisələrinin rəhbərlərinin təlimlər zamanı mənimsənilən bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilib. Qiymətləndirmədən keçə bilməyən müəssisə rəhbərlərinə bilik və bacarıqlarını möhkəmləndirmələri üçün əlavə vaxt verilib və onlar təkrar imtahanlara cəlb edilib. Qiymətləndirmədən müvəffəqiyyətlə keçən müəssisə rəhbərlərinə Bakı Baş Səhiyyə Mərkəzinin rəhbərliyi tərəfindən sertifikatlar təqdim olunub.
 
Növbəti mərhələdə təlimlərə baş həkimlərin müavinlərinin, tibb müəssisələrinin digər əməkdaşlarının da cəlb edilməsi nəzərdə tutulub.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır