KTM-də tibb bacıları üçün tibbi tullantıların idarə olunması ilə bağlı tədbir keçirilib  
18.03.2025 09:02
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Kliniki Tibbi Mərkəzdə tibb bacıları üçün ekoloji maarifləndirici tədbir təşkil edib.
 
Bu barədə Aztibb.az Kliniki Tibbi Mərkəzə istinadla xəbər verir.
 
Tədbir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 dekabr tarixli 213 nömrəli qərarı ilə təsdiq edilmiş "Tibb müəssisələrində əmələ gələn müxtəlif növ tullantıların toplanması, saxlanması, emalı, zərərsizləşdirilməsi və kənarlaşdırılması mexanizminin həyata keçirilməsi" qaydalarına uyğun olaraq baş tutub.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitdən İstifadənin Tənzimlənməsi, Mətbuatla İş və Ekoloji Maarifləndirmə Sektorunun aparıcı məsləhətçisi Aynur Əbdüləzimova və məsləhətçisi Sabirə İmaməlili tərəfindən keçirilən tədbirdə vurğulanıb ki, bu tələblər mülkiyyət formasından asılı olmayaraq bütün müalicə-profilaktika müəssisələrində yaranan müxtəlif növ tullantıların düzgün idarə olunmasını müəyyənləşdirir.
 
Tədbir zamanı iştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır