Həkim-mütəxəssislər forumda öz təcrübələrini tələbələrlə bölüşüblər
17.03.2025 15:09
Azərbaycan Tibb Tələbələrinin təşəbbüsü və Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin təşkilatçılığı ilə Yeni Klinikada "Azərbaycan Tibb Tələbələrinin 1-ci Gineokologiya Forumu" baş tutub.
Universitetdən Aztibb.az-a verilən xəbərə görə, tədbirdə Yeni Klinikanın direktoru Barat Yusubov, direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva, ATU-nun II Müalicə-profilaktika fakültəsinin dekanı, Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, Səhiyyə Nazirliyinin anesteziologiya və reanimatologiya üzrə eksperti İsrail Məhərrəmbəyli, ATU-nun II mamalıq və ginekologiya kafedrasının rəhbəri prof. Hicran Bağırova açılış nitqi ilə çıxış ediblər.
Direktor Barat Yusubov Azərbaycan tibb tələbələrinin hazırki dövrdə çox şanslı olduqlarını qeyd edərək, müasir tibb texnologiyaları və dünya təcrübəsinə olan əlçatanlığın onların professional inkişafı üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Barat Yusubov tibb tələbələrinin müxtəlif sahələrdə əldə etdikləri nailiyyətlərin ölkənin tibb sahəsinin inkişafına mühüm töhfələr verəcəyinə inandığını bildirib.
Gülnar Nuriyeva Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzi haqqında ətraflı məlumat verərək mərkəzin tərkibində fəaliyyət göstərən Mama-Ginekologiya, Uşaq xəstəlikləri və sağlamlığı, Uşaq reanimasiya və intensiv terapiya, Neonatologiya, Uşaq təcili və təxirəsalınmaz tibbi yardım şöbələrinin fəaliyyətini və Mama-ginekologiya sahəsinin tarixini əks etdirən videoçarxı nümayiş etdirib.
Tibb tələbələrinə ginekologiya ixtisasının gələcək perspektivlərini, müsbət və mənfi yönlərini, müxtəlif dar sahələrini göstərmək, ixtisas seçimində təcrübəli həkimlər vasitəsi ilə yardım etmək məqsədilə təşkil olunan tədbirdə Yeni Klinikanın Mama-ginekologiya şöbəsinin müdiri, cərrah mama-ginekoloq Vüsalə Əzizova, cərrah mama-ginekoloq Alik Qurbanov, professor cərrah-ginekoloq İslam Mahalov, Azərbaycan Milli Onkologiya Mərkəzinin onkoginekologiya şöbəsinin rəhbəri, PhD. Şəmistan Alıyev, cərrah mama-ginekoloq, PhD. Natiq Məhərrəmov, mama-ginekoloq Rəxşəndə Əliyeva, mama-ginekoloq Xatirə Şeyxzadə, mama-ginekoloq Türkay Şəkərova müvafiq sahə üzrə olan çıxışları təqdim ediblər.
350-yə yaxın qonağa ev sahibliyi edən tədbirin sonunda iştirakçılar sertifikatla təltif ediliblər.
Bu bölməyə aid digər xəbərlər
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
İSİM nümayəndələri “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan-Türkiyə-Almaniya Tibb Hüququ Simpoziumunda iştirak ediblər
20.10.2026 | 14:34
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
20.10.2026 | 12:07
ATU-da “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim keçirilib
20.10.2026 | 10:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

