Böyük Britaniya Kral İnstitutunun ilk qadın rəhbəri Yeni Klinikanı ziyarət edib
13.03.2025 17:05
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq XII Bakı Qlobal Forumunda iştirak etmək üçün Bakıda səfərdə olan Böyük Britaniyanın Lordlar Palatasının üzvü, Böyük Britaniya Kral İnstitutunun ilk qadın rəhbəri, "NeuroBio" şirkətinin təsisçisi və direktoru baronessa Suzan Qrinfild Yeni Klinikanı ziyarət edib.
Aztibb.az Yeni Klinikaya istinadla bildirir ki, müəssisənin direktoru Barat Yusubovun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə baş tutan görüşdə qonaqlara tibb müəssisəsi haqqında ətraflı məlumat verilərək tibbi xidmət istiqamətləri, əldə olunan nailiyyətlər və gələcək hədəflər diqqətə çatdırılıb.
Beyin fiziologiyası sahəsi üzrə ixtisaslaşan, parkinson və alzheimer xəstəlikləri ilə bağlı tədqiqatlarda iştirak edən baronessa Suzan Qrinfild Yeni Klinika ilə araşdırma və tədqiqat sahəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, artıq Los-Anceles və Milanda yerləşən xəstəxanalarla bu istiqamətdə tədbirlərin həyata keçirildiyini vurğulayaraq, bu xəstəliklərə qarşı mübarizə və yeni müalicə üsullarının inkişafı üçün beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edib. Xanım Qrinfild bu cür əməkdaşlığın müalicə metodlarının inkişafı və xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması istiqamətində böyük irəliləyişlərə gətirib çıxaracağını ümid etdiyini əlavə edib.
Hazırda dünyada 50 milyondan çox insanın alzheimer xəstəliyindən əziyyət çəkdiyini bildirən Barat Yusubov müxtəlif ölkələrdəki ekspertlərin, tədqiqatçıların bir araya gəlməsi, eyni zamanda yeni müalicə metodları və texnologiyaların tətbiq olunmasında maraqlı olduğunu bildirib.
Daha sonra baronessa Suzan Qrinfild Reanimasiya, Təcili və təxirəsalınmaz tibbi yardım, Fizioterapiya və reabilitasiya şöbələri yaxından tanış olub. Əməkdaşlıq perspektivlərinin müzakirə olunduğu görüş xəstəxana turu ilə yekunlaşıb.
Bu bölməyə aid digər xəbərlər
Mərkəzi Neftçilər Xəstəxanasında ürəyi dayanan pasiyent həkimlərin operativ müdaxiləsi ilə həyata qaytarılıb
21.10.2026 | 16:17
Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib
21.10.2026 | 14:40
Patronaj xidməti ailələrə daha yaxın: 300-dən çox şəxs tibbi müayinələrə cəlb olunub
21.10.2026 | 14:34
Azərbaycanda uşaqlarda FMF üzrə ilk milli tədqiqat
20.10.2026 | 14:22
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
YAP-nın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsinin qarşısında duran hədəflər müzakirə olunub
20.10.2026 | 10:57
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
20.10.2026 | 09:05
20 oktyabr – Ümumdünya Osteoporozla Mübarizə Günüdür
20.10.2026 | 08:17
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
19.10.2026 | 15:02
Baş Klinik Hospitalda mürəkkəb açıq ürək əməliyyatı uğurla icra olunub
19.10.2026 | 12:26
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

