Pirallahı Tibb Mərkəzində daha bir riskli əməliyyat uğurla başa çatıb  
13.03.2025 16:38
Pirallahı Tibb Mərkəzinə 36 yaşlı qadın qasığüstü və göbək nahiyəsində daimi küt ağrılar, qarında şişlik şikayətləri ilə müraciət edib.
 
Aztibb.az-a Mərkəzdən verilən xəbərə görə, müayinə zamanı sol yumurtalığın iri həcmli paraovarial kistası diaqnozu təyin edilib.
 
Daxili qanaxmanın baş verəcəyi şüphəsi ilə dərhal əməliyyata alınıb. Əməliyyat zamanı sol yumurtalıq kistası yaraya yaxınlaşdırılaraq punksiya edilib, nəticədə 6,5 litr seroz maye xaric olunub.
 
Sistektomiya əməliyyatı cərrahiyyə şöbəsinin müdiri həkim-cərrah Fərman Cəlilov, Ginekologiya və doğum şöbəsinin müdiri həkim-mama-ginekoloq Aidə Mirzəməmmədova tərəfindən icra olunub.
 
Uğurla icra olunan əməliyyatdan sonra xəstənin vəziyyəti kafi olaraq qiymətləndirilir və müailəcəsi davam etdirilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır