Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
17.03.2025 09:49
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikası paytaxtda və regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edir.
 
Rubrikada bu dəfə Yevlax Rayon Mərkəzi Xəstəxanasının cərrahı Elmi Veysəl oğlu Qədimovu oxuculara təqdim edəcəyik.
 
O, 1964-cü ildə Bərdə rayonunun Qarağacı kəndində anadan olub. 1981-1987-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1987-1988-ci illər ərzində Ukraynanın Odessa Şəhər Xəstəxanasında ordinatura təhsili alıb.
 
Elmi Qədimov 1988-1990-cı illərdə Odessa vilayətinin İvanov Rayon Xəstəxanasında həkim-cərrah, 1990-1999-cu illərdə Yevlax Rayon Mərkəzi Xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri, 1999-2004-cu illərdə Yevlax Rayon Salahlı Kənd Xəstəxanasında baş həkim, 2004-2009-cu illərdə Yevlax Rayon Aran Qəsəbə Xəstəxanasında baş həkim, 2009-2013-cü illərdə isə Yevlax Rayon Mərkəzi Xəstəxanasında Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.
 
2013-cü ildən Yevlax Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi fəaliyyətini davam etdirir.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır