Yeni Klinikada konfrans: “Azərbaycanda Kistik Fibroz Günü”   
13.03.2025 11:41
TƏBİB və Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin (KİFYİB) birgə təşkilatçılığı ilə Yeni Klinikada “Azərbaycanda Kistik Fibroz Günü” konfransı baş tutub.
 
Aztibb.az bu barədə Yeni Klinikaya istinadla xəbər verir.
 
Konfransda Yeni Klinikanın direktoru Barat Yusubov, millət vəkili, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva, TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova, ÜST-ün nümayəndəsi Elturan İsmayılov, Səhiyyə Nazirliyinin ekspert pediatrı Erkin Rəhimov və KİFYİB-in sədri Səadət Bayramova çıxış edərək kistoz fibroz xəstəliyinin artımının qarşısının alınması üçün diaqnostik müayinə üsullarının əlçatanlığı, ixtisaslı mütəxəssislərin cəlb olunması və kistoz fibroz mərkəzlərinin artırılmasının önəmini qeyd ediblər.
 
Direktor Barat Yusubov artıq icbari tibbi sığorta ilə bu xəstəliyin erkən müayinəsinin daha əlçatan olduğunu qeyd edərək “Tər testi” və əlavə bir sıra diaqnostik müayinələrin Xidmətlər Zərfinə daxil olduğunu bildirib. Direktor Yeni Klinikada kistoz fibroz xəstəliyinin diaqnozu və müalicəsi sahəsində ixtisaslaşmış mərkəzin mövcud olduğunu və mərkəzdə kistoz fibroz xəstələrinə hərtərəfli diqqət edilərək, xəstəliyin idarə olunması və onların həyat keyfiyyətinin artırılması üçün multidisiplinar yanaşma ilə xidmət göstərildiyini qeyd edib.
 
Daha sonra Yeni Klinikanın həkim-pulmonoloqu Çağla Xurşud Hüseynova, uşaq qastroenteroloqu Anar Tağıyev və endokrinoloq Azad Əkbərzadə təqdimatla çıxış ediblər.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır