Azərbaycan səhiyyəsində ilk dəfə pasiyentə meyit donordan götürülmüş qaraciyər köçürülüb  
13.03.2025 09:44

Bu ilin fevral ayında Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin cərrah-transplantoloqu, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi və transplantoloq Kamran Beydullayev tərəfindən Azərbaycan səhiyyəsində ilk dəfə olaraq hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına meyit donordan götürülmüş qaraciyər köçürülüb.

 

Bu barədə Aztibb.az-a Gömrük Hospitalından xəbər verilib.

 

Qeyd edək ki, 2023-cü ildən etibarən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Xidmətlər Zərfi çərçivəsində Mərkəzi Gömrük Hospitalında qaraciyər və böyrək transplantasiyası əməliyyatları uğurla yerinə yetirilir.

 

2008-ci il dekabrın 12-dən ölkəmizdə və regionda ilk dəfə qaraciyər transplantasiyası və indiyə qədər 1500-ə yaxın xəstə üzərində orqan transplantasiyası icra edən komanda Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsində fəaliyyət göstərir.

 

Uşaq üzərində kifayət qədər təcrübəsi olan anestezioloq və reanimatoloqlardan ibarət briqadanın olması ən kiçik yaş qrupundan olan uşaqlarda da transplantoloji xidmətin göstərilməsinə şərait yaradır. Ona görə də həmin komanda tərəfindən 6 aylıq körpəyə qaraciyər transplantasiyası, 4 yaşlı uşağa isə böyrək transplantasiyası uğurla həyata keçirilib. Eyni seansda 6 yaşlı uşaq üzərində açıq ürək əməliyyatı və canlıdan qaraciyər transplantasiyası ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin cərrah-transplantoloqları tərəfindən icra olunub.

 

Donoru olmayan xəstələrin əməliyyat olunmasına ölkəmizdə ilk dəfə çarpaz orqan transplantasiyası şöbənin mütəxəssisləri tərəfindən başlanılıb. Ölkəmizdə ilk dəfə olaraq canlıdan qaraciyər transplantasiyası zamanı donor əməliyyatı laporoskopik üsulla Mərkəzi Gömrük Hospitalının Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Kamran Beydullayev tərəfindən yerinə yetirilib.

 
 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır