Pirallahı Tibb Mərkəzində EEQ müayinələrinə başlanılıb
10.03.2025 14:26

Pirallahı Tibb Mərkəzində Elektroensefaloqrafiya (EEQ) müayinəsinin icrasına başlanılıb.

 

Mərkəzdən Aztibb.az-a bildirilib ki, EEQ beynin bioeletrik aktivliyini ölçməklə beyindəki patoloji prosesləri qiymətləndirən nevroloji müayinə üsuludur. Epilepsiya, Ensofalopatiya, beynin bəd və xoş xassəli şişləri, beyin iltihabı(ensefalit), insult, yuxu pozuntuları, Alzheimer xəstəliyi, neyropsixiatrik xəstəliklər və digər xəstəliklərin diaqnostikasında istifadə olunur.

 

Müayinə zamanı baş dərisinə yapışdırılmış elektrodların köməkliyi ilə beynin elektrik aktivliyi qeyd olunur. EEQ tam ağrısız və ziyansız müayinə növüdür. İnsanın ayıq və yuxu vəziyyətində həyata keçirilə bilir.

 

Qeyd edək ki, icbari tibbi sığorta ilə həyata keçirilən müayinə həkim-nevroloq Fəridə Piriyeva tərəfindən icra olunur.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər