Mingəçevir ŞMX-da uşaqların icbari dispanserizasiyası çərçivəsində tədbirlər davam etdirilir  
10.03.2025 13:04
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında Uşaqların icbari dispanserizasiyası çərçivəsində tədbirlər davam etdirilir.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, Poliklinika şöbəsinin uşaq bölməsinin mütəxəssisləri tərəfindən “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı” çərçivəsində azyaşlıların ilkin müayinələri həyata keçirilir.
 
Qeyd edək ki, fevral ayı ərzində Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar elmlər təmayüllü liseyin, 10, 12 və 13 saylı tam orta məktəblərin şagirdləri, həmçinin 7, 8, 9, 10 və 13 saylı körpələr evi, uşaq bağçalarının fidanlarından ibarət 523 uşaq müayinədən keçirilib, onların sağlamlıq vəziyyəti yoxlanılıb. Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar məktəb və bağça rəhbərliyi, eləcə də valideynlərlə paylaşılıb. Bu uşaqlara ilkin səhiyyə xidmətlərinə müraciət edərək daha geniş müayinədən keçmək və müalicəyə başlamaq tövsiyə olunub.
 
Uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikası Prezidentinin 5 mart 2013-cü il tarixli Fərmanına əsasən davam etdirilir və əsas məqsəd uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır