Yeni Klinikada tədbir: “Kürsüdə yalnız xanımlar”
09.03.2025 09:15

Yeni Klinikada 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Kürsüdə yalnız xanımlar” adlı tədbir baş tutub.

 

Aztibb.az-a Klinikadan verilən xəbərə görə, tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 8 mart - Beynəlxalq Qadınlar Günü təbriki diqqətə çatdırılıb.

 

Qadınların cəmiyyətimizdə oynadığı əvəzsiz rolu vurğulamaq və onların fədakar əməyini dəyərləndirmək məqsədilə təşkil olunan tədbirdə klinika rəhbərliyi, tibb və qeyri-tibb heyət, eyni zamanda xüsusi qonaqlar iştirak ediblər.

 

Xanımların fəaliyyəti, eləcə də onların peşəkar uğurlarına dair müzakirələrin aparıldığı tədbirdə millət vəkili Günay Ağamalı, Nizami Rayon İcra Hakimiyəti başçısının müavini Könül Həsənova, “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Orucova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova, Yeni Klinikanın direktor müavini Gülnar Nuriyeva, 109 saylı məktəbin müəllimi Elza Məmmədova, Daxili İşlər Nazirliyinin Tibb xidməti kapitanı Gülər İsayeva, “Azərbaycan Hava Yolları” QSC-nin əməkdaşı Lalə Qasımova və Yeni Klinikanın Dəstək xidmətləri şöbəsinin əməkdaşı Günay Adıgözəlova çıxış edərək, bayram təbriklərinə qoşulublar.

 

Müxtəlif peşəyə sahib və əmək fəaliyyətində seçilən xanımların çıxış etdiyi tədbirdə qadınların mənəvi, mədəni ənənələrin qoruyucusu olmaqla yanaşı həm də müstəqil respublikamızın inkişafında, kişilərlə bərabər dövlət quruculuğunda, eyni zamanda siyasi qərarların verilməsində fəal iştirak etdiyi vurğulanıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın timsalında Azərbaycan qadının zəriflik, icəlik rəmzi olmaqla yanaşı həm də güc, iradə və müstəqil düşüncənin təcəssümü olduğu qeyd edilib.

 

Tədbir zamanı Beynəlxalq Qadınlar Günü münasibətilə klinikada fəaliyyət göstərən 100-dən çox xanım direktor Barat Yusubov tərəfindən təşəkkürnamə ilə təltif edilib. Barat Yusubov xanımları ürəkdən təbrik edərək bəşəriyyətin ən həssas, ən qayğıkeş, ən zərif, ən incə varlığı olan qadınlara cansağlığı arzulayıb.

 

Sonda Beynəlxalq Muğam Mərkəzinin solistləri – “Muğam Televiziya Müsabiqəsinin” qalibi Günay İmamverdiyeva, tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov və nağarada Elvin Muradlı ifa ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır