Lənkəran Rayon Mərkəzi Xəstəxanasında Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
07.03.2025 17:33

8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a bildirilib ki, qadınların danılmaz əməyi, qayğıkeşliyi, zəhmətə qiymət vermək bacarığlarını dəyərləndirmək məqsədilə təşkil olunan tədbirdə mərkəzin rəhbərliyi, tibb və qeyri-tibb heyəti iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Ağabala Kəlbiyev səhiyyə sahəsində çalışan xanımların fədakarlığından danışaraq həm ailədə, həm də işdə qadın olaraq göstərdikləri iradə və dözümlülük, səhiyyənin inkişafında danılmaz əməy sərf etdiklərini dilə gətirib.

A.Kəlbiyev cəmiyyətdə və ailədə qadınların rolunu vurğulayaq bildirib ki, bu gün qadınlara ictimai həyatın bütün sferalarında bərabər imkanlar yaradılıb. Direktor qadınların bütün sahələrdə kişilərlə yanaşı geniş təmsil olunmalarını ölkəmizdə dövlət səviyyəsində qadınlara göstərilən ehtiramın bariz nümunəsi olduğunu söyləyib.

 

Sonda bütün tibb kollektiv adında əlamətdar gün münasibətilə xanım əməkdaşları səmimi qəlbdən təbrik edən müəssisə rəhbəri qadınlara işlərində və şəxsi həyatlarında müvəffəqiyyətlər arzulayıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır