Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Elmi Şuranın iclası keçirilib
07.03.2025 15:22

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda Elmi Şuranın iclası keçirilib.

 

İnstitutdan Aztibb.az-a bildirilib ki, müəssisənin direktoru, t.e.d. Mətanət Əfəndiyevanın sədrliyi ilə keçirilən iclasda, institutun elmi işlər üzrə direktor müavini, elmi şuranın üzvləri və elmi işçilər iştirak ediblər.

 

Öncə Mətanət Əfəndiyeva iclasın gündəliyinə uyğun olaraq institutun elmi istiqamətlərini, elmi işçilərin hazırladıqları mövzuların iş planının əsas müddəalarının müzakirə olunacağını bildirib.

 

Sonra institutun elmi işlər üzrə direktor müavini, t.ü.f.d. Sevinc Rzayeva 2024-cü ildə institutun elmi fəaliyyətinin hesabatını təqdim edib. 2025-ci il üçün nəzərdə tutulan institut üzrə seminar məşğələlərinin planı təsdiq olunub.

 

Daha sonra 2025-2027-ci illər üçün planlaşdırılan "Qarabağ İqtisadi rayonunun kurortoloji potensialının öyrənilməsi" adlı mövzunun planının müzakirəsi (məruzəçi k.ü.f.d Rəna Musayeva) keçirilib. Səsvermədən sonra nəticə təsdiq edilib.

 

Yekunda gündəlikdə olan məsələlər şura üzvləri ilə müzakirə edilib, irad və təkliflər bildirilib, qərarlar qəbul edilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər