Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasında Beynəlxalq Qadınlar Günü qeyd edilib
07.03.2025 11:33
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası və YAP Cəbrayıl rayon təşkilatı tərəfindən 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
 
Bu məlumat Aztibb.az-a Rayon Xəstəxanasından verilib.
 
İlk olaraq tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canları fəda etmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
 
Tədbiri giriş sözü ilə açan Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsini müvəqqəti icra edən direktorun müavini - baş həkim Arif Hüseynov xəstəxanamızda çalışan bütün xanımları təbrik edib.
 
A.Hüseynov çıxışında qadın əməkdaşlarımızın fədakarlığını, zəhmətini və səhiyyə sahəsindəki əvəzolunmaz rolunu vurğulayaraq, onlara işlərində uğurlar və yeni nailiyyətlər arzulayıb.
 
Sonra YAP Cəbrayıl rayon təşkilatının sədr müavini Məhəmməd Əliyev təşkilatın sədri Arif Fərzəliyevin təbriklərini çatdırıb və qadınların ölkə tarixində əvəzolunmaz rolunu vurğulayıb.
 
Daha sonra çıxış edən YAP Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının partiya fəalı Zəfər Novruzov qadın əməkdaşlarımızı təbrik edərək onlara işlərində uğurlar arzulayıb.
 
Tədbirin sonunda YAP Cəbrayıl rayon təşkilatı tərəfindən Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının 5 nəfər əməkdaşına YAP üzvlük vəsiqəsi və gül dəstələri təqdim edilib.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır