Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzdə Pap testlərinin tətbiqinə başlanılıb  
07.03.2025 09:51
Sumqayıt Tibb Mərkəzinin (STM) nəzdində fəaliyyət göstərən Perinatal Mərkəzdə Pap testlərinin tətbiqinə başlanılıb.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, STM-nin laboratoriyalar üzrə koordinatoru, həkim-laborant (klinik biokimya mütəxəssisi) Cəlal Ağayev tərəfindən Sumqayıt Perinatal Mərkəzdə qadın sağlamlığı ilə bağlı təlim təşkil edilib.
 
Təlimdə əsas diqqət qadın cinsiyyət üzvlərinin infeksion xəstəliklərinin laborator diaqnostikası, patohistoloji müayinələrin aparılması və xərçəngönü xəstəliklərinin vaxtında aşkarlanması məqsədilə Pap smear testinin tətbiqi olub.
 
İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təmin olunan bu xidmətlər, qadın sağlamlığının keyfiyyətinin artırılması və əlçatanlığının təmin edilməsində mühüm rol oynayır.
 
Sumqayıt Tibb Mərkəzində Pap testlərinin tətbiqinə başlanılması qadın sağlamlığının qorunması sahəsində mühüm mərhələ hesab olunur.
 
Pap testlərinin vaxtında aparılması xəstəliklərin erkən diaqnozu və müalicəsinin effektivliyini artıraraq, cəmiyyətin ümumi sağlamlıq səviyyəsinin yüksəldilməsinə səbəb olur.
 
Pap smear testi, xüsusilə uşaqlıq yolu və uşaqlıq boynunda xərçəngönü hüceyrələrin erkən mərhələdə müəyyən edilməsi üçün tətbiq olunan effektiv üsuldur.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır