Bakı Baş Səhiyyə Mərkəzi “Sağlam sabah” adlı layihəyə başlayıb
06.03.2025 18:06
Bakı Baş Səhiyyə Mərkəzi sağlam həyat tərzinin təşviqi məqsədilə “Sağlam sabah” adlı layihəyə başlayıb.
Aztibb.az-a Mərkəzdən bildirilib ki, paytaxt ərazisində fəaliyyət göstərən ali və orta məktəblərin tələbə və şagird heyətinin cəlb olunacağı layihənin əsas məqsədi gənc və yeniyetmələrə sağlam həyat tərzinin təbliğidir.
Layihənin ilk tədbiri Azərbaycan Dövlət Pedaqoji Universitetində həyata keçirilib. Tədbirdən öncə tədbir iştirakçıları ilə universitetin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov və sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev arasında görüş baş tutub. “Sağlam sabah” layihəsinin universitetdə keçirilməsindən məmnun olduğunu bildirən rektor növbəti tədbirlərin universitetin digər inzibati binalarında da daha geniş tələbə heyəti ilə keçirilməsinin arzusunda olduğunu ifadə edib.
Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən 4 nömrəli Tələbə Poliklinikasının rəhbərliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Bakı Baş Səhiyyə Mərkəzinin direktor müavini Ləman Mursaqulova, Ana və uşaq sağlamlığının təşkili şöbəsinin müdiri Esmira Hacıyeva, həmin şöbənin böyük mütəxəssisi Nərgiz Kərimova və digərləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 4 nömrəli Tələbə Poliklinikasının baş həkimi Şəfəq Teymurova tədbirin məqsədi haqqında məlumat verərək, belə mühüm layihələrin həyata keçirilməsinin gənc nəslin maarifləndirilməsi istiqamətində önəmli rol oynadığını nəzərə çatdırıb. Daha sonra söz universitetin sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayevə verilib. O da öz növbəsində “Sağlam sabah” layihəsinin universitetin tələbə heyəti üçün çox faydalı olacağını vurğulayaraq tədbirin təşkilatçılığına görə Bakı Baş Səhiyyə Mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirib.
Tədbir Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində fəaliyyət göstərən 2 nömrəli Uşaq Poliklinikasının həkim-pediatrı Vüsalə Əliyevanın, 8 nömrəli Uşaq Poliklinikasının psixoloqu Zöhrə İslamzadənin, 10 nömrəli Şəhər Poliklinikasının həkim- endokrinoloqu Kəmalə Gözəlovanın və 5 nömrəli Qadın Məsləhətxanasının həkim-ginekoloqu Leyla Məmmədovanın çıxışları ilə davam etdirilib.
“Sağlam təməl sağlam gələcəkdir” devizi altında keçirilən tədbir zamanı gənclərə sağlam həyatın əsas şərtləri, narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələr kimi zərərli vərdişlərin mənfi təsirləri, gigiyena qaydaları, sağlam qidalanma, piylənmə və onunla mübarizə yolları, zorakılığın növləri, kiberzorakılıq, ondan qorunma yolları, özünümüdafiə və qorunma strategiyaları, gənc qızların reproduktiv sağlamlığı və s. kimi mövzulara toxunulub, gəncləri ən çox narahat edən məsələlərə aydınlıq gətirilib.
Çıxış edənlər, həmçinin ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə tibbi xidmətlərə əlçatanlığın artırıldığını bildirməklə yanaşı hər bir vətəndaşın Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində bütün tibbi xidmətlərdən ödənişsiz şəkildə istifadə imkanlarının olmasını xüsusi vurğulayıblar.
Universitetin 120 nəfər tələbə heyətinin cəlb olunduğu tədbir 2 fərqli auditoriyalarda təşkil olunub, interaktiv şəkildə keçən tədbir zamanı gənclərin bütün sualları cavablandırılıb.
Tədbirin sonunda tələbələrə sağlam həyat tərzi, zərərli vərdişlər barəsində anonim sorğu təqdim olunub. Sorğunun nəticələrinin emal olunaraq gələcək tədbirlərdə daha aktual məsələlərə aydınlıq gətirilməsi planlaşdırılıb.
Daha geniş kütləyə çatması üçün “Sağlam sabah” layihəsinin digər ali məktəblərdə, sonrakı mərhələdə isə orta ümumtəhsil məktəblərində həyata keçirilməsi nəzərdə tutulub.
Bu bölməyə aid digər xəbərlər
Nigeriyada “Ebola” virusuna ilk yoluxma halı qeydə alınıb
21.10.2026 | 10:57
AQTİ mütəxəssisi İtaliyada karantin statuslu göbələyin inkişaf xüsusiyyətlərini araşdırıb
21.10.2026 | 09:47
ATU tələbələri “Zirvəyə birlikdə qalxaq!” kütləvi yürüşündə
21.10.2026 | 08:29
1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib
20.10.2026 | 15:55
Şamaxı rayonunun Mərzəndiyyə kəndində sakinlər üçün səyyar tibbi xidmət keçirilib
20.10.2026 | 15:51
Elmi-Tədqiqat Pediatriya İnstitutunda şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğı göstərilir
20.10.2026 | 15:24
Sabunçu Tibb Mərkəzinin oftalmoloqu Aysel Məmmədova - Həkimlərimizi tanıyaq!
20.10.2026 | 15:16
İSİM nümayəndələri “Hüquq, Tibb və Cəmiyyət” XVII Azərbaycan-Türkiyə-Almaniya Tibb Hüququ Simpoziumunda iştirak ediblər
20.10.2026 | 14:34
Ötən il Azərbaycanda 3 minə yaxın şəxsə süd vəzi xərçəngi diaqnozu qoyulub
20.10.2026 | 12:07
ATU-da “Tibb bacılığı: gələcəyi formalaşdıran güc” mövzusunda təlim keçirilib
20.10.2026 | 10:10
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib
15.10.2026 | 11:41
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib
15.10.2026 | 12:48
Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır
15.10.2026 | 16:12

