Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “The International 100 Awards 2025” beynəlxalq müsabiqəsində uğur qazanıb
04.03.2025 15:24

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi “The International 100 Awards 2025” beynəlxalq müsabiqəsində uğur qazanıb.

 

Bu məlumat Aztibb.az-a Agentlikdən verilib.

 

Birləşmiş Krallıqda yerləşən “The International 100 Magazine” beynəlxalq qurumunun təşkil etdiyi müsabiqədə Agentliyin “Tibbi Şəhadətləndirmə Altsistemi” beynəlxalq ekspertlər tərəfindən yüksək balla qiymətləndirilib.

 

Beləliklə, Agentlik müsabiqənin qalibləri sırasına daxil edilərək “İlin Rəqəmsal Layihəsi” ali mükafatına layiq görülüb.

 

Müsabiqədə DTSERA ilə yanaşı, Avropa, Amerika, Afrika və Asiya qitələrindən, eləcə də Sakit Okean hövzəsi regionundan 500-dən çox qurum iştirak edib.

 

2016-cı ildən “The International 100” beynəlxalq qurumu unikal yanaşmaları ilə seçilən qurumlar arasında müsabiqələr təşkil edir və innovativ layihələri, nailiyyətləri ilə fərqlənən qurumları müəyyən edərək təqdir edir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır