Beynəlxalq Nadir Xəstəliklər Günü qeyd olunub
04.03.2025 19:19

Pirallahı Tibb Mərkəzinin təşkilatçılığı, TƏBİB-in və Pasiyent Təşkilatları İttifaqının dəstəyi ilə Zirə EKO parkda Beynəlxalq Nadir Xəstəliklər Gününə həsr olunmuş seminar keçirilib.

 

Aztibb.az-a Pirallahı Tibb Mərkəzindən verilən məlumata görə, seminarda TƏBİB-in Təlim və tədqiqatlar departamentinin rəhbəri Teymur Mirzəbəyli ölkəmizdə nadir xəstəliklərdən əziyyət çəkən xəstələrə dövlət qayğısından danışıb.

 

Pasiyent Təşkilatları İttifaqının sədri Ayaz Hüseynov öz çıxışında pasiyentlərin keyfiyyətli müalicəsinin təşkilindən söz açıb.

 

Daha sonra müxtəlif nadir xəstəliklərin müayinə, müalicə və laborator diaqnostikası haqqında ixtisaslaşmış həkimlər -Gülay Qurbanzadə, Sevil Cəlilova, Nərgiz Yəhyəzadə, Sevinc Camıyeva, Orxan Nəcəfov çıxış ediblər.

 

Baş tutan tədbirdə 50-dən çox tibb işçisi iştirak edib.

 

Sonda Pirallahı Tibb Mərkəzinin direktoru Azər Zeynalov tədbirin əhəmiyyətindən danışıb və seminar iştirakçılarına uğurlar arzu edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır