AEM özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkarlara müraciət edib  
04.03.2025 14:43

Son zamanlar dələduzların sui-istifadə halları, qanunsuz qaydada yoxlama reydləri haqqında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə (AEM) məlumatlar daxil olub.

 

Aztibb.az xəbər verir ki, bu barədə AEM-dən məlumat yayıb.

 

"Ölkə ərazisində özəl tibb fəaliyyəti ilə məşğul olan sahibkar subyektlərinin nəzərinə çatdırılır ki, səhiyyə ilə bağlı xidməti yoxlamaların keçirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunla tənzimlənir", - məluamtda qeyd olunub.

 

Mərkəzdən bildirilib ki, belə olan halda keçirilməli olan xidməti yoxlamaların qanuniliyini müəyyən etmək üçün sahibkarlıq subyektlərinin aidiyyəti şəxsi Ədliyyə Nazirliyinin yoxlama.gov.az saytının vahid məlumat reyestrində vergi ödəyəyicisinin eyniləşdirmə nömrəsini daxil etməli və “Çıxarış” sənədində qeyd edilən rəsmi məlumatlara diqqət yetirilməlidir.

 

“Çıxarış” sənədinə əsasən xidməti yoxlamalara dair məlumatlarda yoxlayıcıların təqdim etdiyi sənədlərlə uyğunsuzluq aşkar olunarsa, sahibkar subyekt(lər)i hüquq mühafizə orqanlarına məlumat bildirməsi məqsədəmüvafiq hesab olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır