Milli Məclisdə ÜST nümayəndəsi ilə görüş olub  
28.06.2024 10:24

Milli Məclisin Səhiyyə komitəsinin üzvləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin Peyvəndlə qarşısı alına bilən xəstəliklər bölməsinin mütəxəssisi Ludmila Mosinanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

 

Bu barədə Aztibb.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qonaqları salamlayaraq ölkəmizin Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq etdiyini və bu əməkdaşlıq çərçivəsində bir sıra layihələrin uğurla həyata keçirildiyini vurğulayıb. O, vətəndaşların sağlamlığının qorunması istiqamətində ölkəmizdə lazımi tədbirlərin görüldüyünü, tibbin inkişafı üçün geniş imkanların yaradıldığını söyləyib. Komitə sədri səhiyyə sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı addımların atıldığını da qeyd edib. 

 

Səmimi qəbula görə təşəkkürünü bildirən ÜST-nin Avropa üzrə Regional Ofisinin Peyvəndlə qarşısı alına bilən xəstəliklər bölməsinin mütəxəssisi Ludmila Mosina deyib ki, görüşün məqsədi  qlobal miqyasda ciddi problemlərdən olan uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə sahəsində tədbirlərin görülməsi ilə bağlı müzakirələrin aparılmasıdır. O, qadınlar arasında yayılan və bəzi hallarda ölümlə nəticələnən bu xəstəliklə əlaqədar bəzi statistik göstəriciləri diqqətə çatdırıb. ÜST nümayəndəsi bunun yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin əhəmiyyətindən, xəstəliklə mübarizədə insan papillomavirusuna (İPV) qarşı peyvəndin tətbiqinin vacibliyindən danışıb.

 

Ludmila Mosina İPV-yə qarşı peyvəndin tətbiqi ilə bağlı bir sıra dünya ölkələrinin  təcrübəsindən nümunələr göstərib, müsbət nəticələrin əldə edildiyini bildirib. O, Azərbaycanda da bu xəstəliyin yayıldığını və ölkəmizdə İPV-yə qarşı peyvəndləmənin aparılmasının və ölkə vətəndaşlarının bundan faydalanmasının önəmli olduğunu deyib.

 

Söhbət zamanı Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, üzvləri Kamilə Əliyeva, Müşfiq Məmmədli, İlham Məmmədov, Kamaləddin Qafarov, ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı məsələnin aktuallığını qeyd ediblər, xəstəliyin diaqnostikası, müalicəsi,  habelə İPV-yə qarşı peyvəndin ölkəmizdə tətbiqi, bunun faydaları ilə bağlı insanların məlumatlandırılmasının, maarifləndirmə işinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

 

Görüşdə Səhiyyə komitəsinin üzvü Anatoliy Rafailov, ÜST-nin Azərbaycandakı Nümayəndəliyinin Vaksinlə idarə olunan və infeksion xəstəliklər bölməsinin rəhbəri Sevinc Həsənova və digər rəsmi şəxslər iştirak ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır