Siyəzən Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib
26.06.2024 13:24

Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə Siyəzən Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası keçirilib.

 

Xəstəxanadan Aztibb.az-a verilən xəbərə görə, aksiya Siyəzən Rayon İcra Hakimiyyəti, Siyəzən Rayon Mərkəzi Xəstəxanası və Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə baş tutub.

 

Qanvermə aksiyasına Mərkəzi Qan Bankını təmsil edən tibb heyəti cəlb olunub. Aksiyaya qoşulan vətəndaşlar əvvəlcə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi həkim briqadası tərəfindən müayinədən keçirilib, hər bir donorun sağlamlıq imkanları müəyyənləşdirilib və daha sonra onlardan qan götürülüb.

 

Aksiyada Rayon İcra Hakimiyyətinin, YAP Siyəzən rayon təşkilatının, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyəti və mülki vətəndaşlar iştirak ediblər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb