Gədəbəydə akademik Zərifə Əliyevanın 101 illiyinə həsr edilmiş tibbi aksiya keçirilib
26.06.2024 09:19

24-25 iyun 2024-cü il tarixlərində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası tərəfindən Gədəbəy rayonunda akademik Zərifə Əliyevanın 101 illiyinə həsr edilmiş tibbi aksiya keçirilib.

 

Milli Oftalmologiya Mərkəzindən Aztibb.az-a verilən məlumata görə, aksiyada şəhid ailələri, qazilər və aztəminatlı ailələr müayinə olunub.

 

Aksiya çərçivəsində 250-dək pasiyent müayinə olunub. Müayinələr əsasında presbiopiya, miopik astiqmatizm, allergik konyunktivit, quru göz sindromu və s. diaqnozlar aşkar olunub. Ehtiyacı olan şəhid və qazi ailələri eynək və dərmanla təmin ediliblər.

 

Tibbi aksiyanın əsas məqsədi Gədəbəy rayonundan olan şəhid, qazi və aztəminatlı ailələr üçün tibbi xidmət göstərməkdir.

 

İki günlük səyyar oftalmoloji müayinələrin keçirilməsində əsas məqsəd vaxt itirmədən, yerindəcə operativ şəkildə vətəndaşların müayinə edilməsi, görmə qabiliyyətinin zəifləməsinin qarşısının alınması, görmə patologiyasının erkən diaqnostikasının aşkarlanması və müalicələrin təyin olunmasıdır.

 

Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri Tərlan Əliyeva və Lamiyə Həsənzadə tərəfindən həyata keçirilib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb