Hündürlükdən yıxılaraq xəsarət alan şəxs Neyrocərrahiyyə Xəstəxanasında uğurla əməliyyat olunub
25.06.2024 12:19

Respublika Neyrocərrahiyyə Xəstəxanasına hündürlükdən yıxılaraq xəsarət aldığına görə gətirilən gənc pasiyent uğurlu əməliyyatdan sonra ambulator müalicə üçün evə buraxılıb.

 

Bu məlumat Aztibb.az-a Xəstəxanadan verilib.

 

Gənc pasiyent Zahid Cabbarov təxminən 6 ay əvvəl hündürlükdən yıxılaraq xəsarət aldığına görə koma vəziyyətində Respublika Neyrocərrahiyyə Xəstəxanasına gətirilib və həkim-neyrocərrah Nizami Məmmədov tərəfindən təcili cərrahi əməliyyat olunub.

 

Zahid Cabbarov başındakı sümük defektinin bərpası üçün yenidən tibb müəssisəmizə müraciət edib və Nizami Məmmədov, Şamil Tahirov və Elman Cəfərov tərəfindən cərrahi əməliyyat olunaraq (sümük defekti titan lövhə ilə plastika olunub) nevroloji defisitsiz evə yazılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır