Gömrük əməkdaşları üçün “Stresin idarə olunması” mövzusunda təlim keçirilib
25.06.2024 12:03

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə “Stressin idarə edilməsi” mövzusunda təlim keçirilib.

 

Mərkəzi Gömrük Hospitalından Aztibb.az-a bildirilib ki, təlim stress və onun qarşısının alınması sahəsində gömrük işçilərini məlumatlandırmaq məqsədilə təşkil olunub.

 

Tədbirdə yüksəkixtisaslı mütəxəssislər “Stresin idarə olunması”, “Stresə davamlılığın artırılması üçün istifadə edilən strategiyalar və praktiki metodlar”, “Vizual psixodiaqnostikanın texnikaları” və “Münaqişəli halların idarə edilməsi” mövzularında təqdimatla çıxış ediblər.

 

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) ərəfəsində çoxsaylı qonaqların ölkəmizə səfərini nəzərə alaraq bu kimi təlimlərin keçirilməsinin zəruriliyindən bəhs edilib, eyni zamanda təlimdə stressin iş prosesinə və sağlamlığa göstərdiyi mənfi amillər, vaxtın düzgün və səmərəli idarə edilməsinin qaydaları, səmərəli iş mühitinin yaradılmasında komanda işinin və effektiv ünsiyyətin əhəmiyyəti mövzularında danışılıb və müzakirələr aparılıb.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır