Yeni Klinikada təlim: “Duzdan asılı həyatlar”   
25.06.2024 10:29
Yeni Klinikanın təşkilati dəstəyilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin "Kistoz Fibrozlunun Sağlamlıq Kartı" layihəsi çərçivəsində "Duzdan Asılı Həyatlar" adlı növbəti tədbir baş tutub.
 
Aztibb.az-a Klinikadan verilən xəbərə görə, müxtəlif tibb müəssisələrini təmsil edən həkimlərin iştirak etdiyi təlim xarakterli tədbir kistoz fibroz xəstələrində olan həzm sistemi və qastroenterolji problemlərə həsr olunub.
 
Tədbiri giriş sözü ilə açan "Kistik Fibroz Xəstələrinə Yardım" İctimai birliyinin sədri Səadət Bayramova layihə haqqında məlumat verərək, Yeni Klinikada yerləşən və uğurla fəaliyyət göstərən Fatimə Bayramova adına Kistoz Fibroz Diaqnostika, Müayinə, Müalicə Mərkəzi haqqında eyni zamanda həkimlərin xəstələrə xüsusi diqqət və qayğısından bəhs edərək tibb personalına təşəkkürünü bildirib.
 
Yeni Klinikanın direktor müavini, Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri Gülnar Nuriyeva kistoz fibroz xəstəliyinin qarşısının erkən diaqnostika, uyğun müalicə ilə alına biləcəyindən və bu sahədə klinika olaraq dəstəyə hazır olduqlarını qeyd edib.
 
Yeni Klinikanın Neonatologiya şöbəsinin müdiri Əkbər Quliyev klinikada icbari tibbi sığorta daxilində xəstələrin müayinə və müalicələrinin ən üst səviyyədə həyata keçirilməsindən bəhs edib.
Tədbirin elmi hissəsində kistoz fibroz xəstəliyinin müayinə və müalicəsi ilə məşğul olan Yeni Klinikanın Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin müdiri Nigar Bayramova kistik fibroz pasiyentlərinin vəziyyəti və bu xəstəliyin ağırlaşmaları haqqında qısa məlumat verib.
 
Tədbirin fəxri qonağı Fatimə Bayramova Azərbaycanda kistoz fibroz xəstəliyinin öz üzərindən tanınması və cəmiyyətin maariflənməsi üçün verdiyi dəstəyə görə "Kistik Fibroz Xəstələrinə Yardım" İctimai Birliyi tərəfindən təşəkkürnamə həmçinin KF simvolu olan yaxa broşu ilə təltif olunub.
 
Təlimdə Dr. Fərid Məmmədov “Kistoz fibroz xəstələrində qastroenteroloji problemlər”, Dr. Anar Tağıyev “Kistoz fibroz xəstələrinin qidalanmasına dair hər şey” mövzularında çıxış edərək bu xəstəlik haqqında ətraflı məlumat veriblər.
 
Geniş müzakirə və diskussiya formatında davam edən tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır