İsmayıllı RMX-nın Basqal həkim məntəqəsinin təşkilatçılığı ilə Zeyvə kəndində sakinlərin tibbi müayinəsi aparılıb
25.06.2024 08:12

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında imzalanmış daxili əmrə və təsdiqlənmiş qrafikə əsasən əhaliyə göstərilən tibbi xidmətin, o cümlədən ilkin səhiyyə xidmətinin keyfiyyət və əlçatanlığını təmin etmək məqsədilə həkim pediatr və ailə həkimi-pediatrlardan ibarət briqadalar yaradılıb.

 

Bu barədə Aztibb.az-a Xəstəxanadan məlumat verilib.

 

Məqsəd rayonunun bütün yaşayış məntəqələrində yaşayan əhaliyə göstərilən tibbi xidmətə o cümlədən uşaqların profilaktik peyvənd işlərinə və azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarəti gücləndirməkdir.

 

Yaradılan briqadalar qrafik əsasında Ailə Sağlamlıq Mərkəzinə yaxın olan həkim və tibb məntəqələrinə təhkim olunurlar.

 

Basqal həkim məntəqəsinin təşkilatçılığı ilə Yoluxucu xəstəliklər şöbəsinin müdiri həkim-pediatr Fikrət Osmanov və ailə həkimi-terapevt Xatirə Ağayeva Zeyvə kəndində əhalini və uşaqları müayinə edib.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır